Rusiyadan gələn avtomobillərdən 59 280 kapsul qida əlavələri, 1220 həb, 300 ampula dərman preparatları və 60 ədəd tibbi şam müsadirə edilib. Hadisə barədə Dövlət Gömrük Komitəsi sentyabrın 17-də məlumat yayıb.
Məlumata əsasən, "Mercedes-Benz" və "DAF" markalı yük avtomobilləri "Samur" postunda saxlanılıb. Gömrük nəzarətindən gizlədilən məhsullar yoxlama zamanı tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, sentyabrın 14-də Rusiyadan ölkəyə gələn avtomobillərdən 7200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd inyeksiya üçün iynə, 94 ədəd vakum test borusu aşkar edilmişdir.