Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov sentyabrın 25-dən oktyabrın 4-nə qədər şahmat üzrə “Champions Chess Tour”un final mərhələsində iştirak edəcəklər.
Teymur Rəcəbov “Major” turnirinin qalibi olduğu üçün, Şəhriyar Məmmədyarov isə xüsusi dəvətlə finalda yarışmaq hüququ əldə edib.
Turnirin mükafat fondu 300 min dollardır. Birinci yeri tutan qrosmeyster 100 min dollar mükafat qazanacaq.