2021-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 44 ədəd və ya 3,7 % artıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 14 sentyabr tarixində dərc olunan hesabatında əks olunub.
Bu ilin ilk 8 ayı ərzində maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228 milyon manatlıq məhsul istehsal olunub.