2022-ci il aprelin 1-nə respublika üzrə 1 milyon 360 mindən çox vergi ödəyicisi var. Bu barədə 11 aprel tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, onların 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslərdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 9,7% artıb. Cari ilin ilk 3 ayı ərzində 3 098 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 87,2%-i yerli investisiyalı, 12,8%-i xarici investisiyalı müəssisələrdir.