“Azəriqaz” İB-nin əməkdaşı Ağamirzə Vəliyev xidməti fəaliyyətini həyata keçirərkən hücuma məruz qalıb. Bu haqda məlumat aprelin 5-də qurumun Facebook hesabında paylaşılıb.
Belə ki, abonentin öncədən ödənişli qaz sayğacına baxış keçirilərkən qüsurla işləməsi aşkarlanıb. Lakin bir neçə gün keçməsinə baxmayaraq, vətəndaş sayğacın əvəzlənməsinə şərait yaratmayıb.
Əməkdaş təkrar olaraq ərazi üzrə xidməti vəzifəsini yerinə yetirərkən abonent ona fiziki təzyiq göstərib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunub.