“Azəriqaz” İstehsalat Birliyinin sabiq əməkdaşına hökm oxunub. Mətləb Kərimov 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib. Bu barədə aprelin 1-də APA məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluq “Azəriqaz”ın digər əməkdaşı Ramil Bağırov və Mətləb Kərimovun qanunsuz hərəkətləri barədə məlumat yayıb.
Ramil Bağırovla Mətləb Kərimov cinayət əlaqəsinə girərək sonuncu vasitəsilə Xəzər rayonunda yerləşən yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan 5 700 manat pulu rüşvət kimi alıblar.
Faktla bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “təkrar rüşvət alma” maddələrilə cinayət işi başlanılıb.
Mələsə ilə bağlı “Azəriqaz” açıqlama yayaraq bildirib ki, Mətləb Kərimov 2019-cu ilin aprelindən müxtəlif klinikalardan aldığı arayışlarla müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul olmayıb.