Mədəniyyət Nazirliyinin tabeliyində olan Respublika Atçılıq, Turizm və Milli Atüstü Oyunlar Mərkəzi ştat vahidləri və ona məxsus əmlakla birlikdə Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib. Bu barədə yanvarın 13-də Baş nazir Əli Əsədov qərar imzalayıb.