Bu gün, aprelin 6-da paytaxtın Sabunçu rayonunda 44 yaşlı kişi keçmiş həyat yoldaşını, daha sonra özünü öldürüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Rasim Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq 25 yaşlı həyat yoldaşını küçədə öldürüb. Daha sonra özünə də atəş açaraq intihar edib.
Faktla bağlı müvafiq maddələrlə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.