Paytaxtın Səbail rayonunda narkotiklərin satışı ilə məşğul olan bir nəfər saxlanılıb. Bu barədə aprelin 8-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan Azər Qurbanovdan külli miqdarda bükümlər şəklində qablaşdırılmış heroin, tiryək, metamfetamin və elektron tərəzi götürülüb.
Sözügedən şəxs barəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Azər Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.