Polis əməkdaşları tərəfindən qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. Bu barədə 28 mart tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb.
Sözügedən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.