Paytaxtın Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Rayonun Ramana qəsəbəsində Yeni Sahə adlanan ərazidə 20 yaşlı Anar Məmmədov nişanlandığı xanımla mübahisə edib.
Yaxınlarının verdiyi məlumata görə, xanımın ayrılmaq qərarına etiraz olaraq, A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.