Su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonların və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq.
İnsanoid.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.