2021-ci ildə Balakən rayonunda heyvandarlıq məhsullarının istehsalı artıb. Bu barədə Balakən Rayon Statistika İdarəsinə istinadən 7 yanvar tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, ötən il rayonda 4 943,6 ton diri çəkidə ət, 21 928,7 ton süd, 10,4 milyon ədəd yumurta, 82,5 ton yun istehsal olunub. 2020-ci illə müqayisədə ət istehsalı 126,9 ton, süd istehsalı 239,1 ton, yumurta istehsalı 39 min ədəd, yun istehsalı isə 1,2 ton artıb.