Balakən rayonunda avtomobil qadını vuraraq öldürüb.
Bu barədə 23 iyul tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən 1955-ci il təvəllüdlü piyada Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.