“Rayonda hotellərdə boşluqdur və qiymətlər əvvəlki vəziyyətinə qayıdıb”. Bunu yanvarın 7-də Trend-ə açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
Bayramdan öncə qiymətlər 40%-ə qədər bahalaşmışdı. Lakin bayramdan sonra insanlar qayıdıblar və turist sayı azalıb. “Hazırda həftə içi rayonlarda hotellərdə ucuz qiymətə istirahət etmək mümkündür”, - deyə C. Aşırov bildirib.
Qeyd edək ki, hotellerin indiki qiymətləri iki nəfər üçün ortalama 150-170 manatdır. Bayram günlərində isə hotellərdə gecələmə və yeni il şənliyinə qatılma üçün iki nəfərlik paketin qiyməti 800, 1500, 1700 və hətta 3000 manata qədər dəyişirdi.