Beyləqanın Şəfəq qəsəbəsində yerləşən ikimərtəbəli evdə yanğın baş verib. Yanğın yerindən FHN əməkdaşları tərəfindən ev sahibinin 2019-cu il təvəllüdlü oğlunun meyiti aşkarlanıb. Bu haqda yanvarın 2-si Nazirliyin saytında məlumat verilib.
Məlumatda qeyd edilib ki, sahəsi 240 m² olan evin dam örtüyü və ikinci mərtəbənin içərisindəki əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.