Beyləqanda 57 yaşlı şöbə müdiri özünü asaraq intihar edib. Bu haqda mayın 11-də Lent.az məlumat yayıb.
O, yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Xidmətlər Agentliyinin Beyləqan Laboratoriya Ekspertiza Mərkəzinin mikrobioloji və bakterioloji şöbəsinin müdiri idi.