Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib. Bu barədə 7 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasını pozduğuna görə rayon sakini Ələsgər Soltanov saxlanılıb.
Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili idarəetmə hüququ olmadan, eyni zamanda narkotikin təsiri altında sürdüyü müəyyən edilib.
Ələsgər Soltanov məhkəmənin qərarına əsasən, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
[gallery link="file" columns="1" size="full" ids="121240"]