2022-ci ilin yanvarın 1-dən Daxili İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin, Xarici Kəşfiyyat Xidmətinin, Prezidentin Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları orta hesabla 20% artırılıb. Bu barədə 23 dekabr tarixində müvafiq Fərmanlar imzalanıb.
Əməkhaqqı artımı sözügedən qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinə də şamil edilir.