BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümumi mübahisələr sessiyasında Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi müzakirəyə çıxarılıb. Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi sentyabrın 16-da məlumat verib.
Bəyanatda deyilir ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və nəzarət edilməsi mexanizmini hazırlamalıdır.