Bu gün Yeni il bayramı ilə əlaqədar ictimai iaşə obyektlərinin saat 02:00-dək fəaliyyət göstərəcək. Bu qayda Nazirlər Kabinetinin xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında öz əksini tapıb.
Şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalıdır.
18 yaşdan yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd təqdim etməlidirlər.
Şənlik mərasimi keçirilən məkanın sahibi qonaq sayı haqqında məlumatları icaze.e-gov.az portalına daxil etməlidir.