Geomaqnit qasırğası gözlənilir. Bu barədə 5 fevral tarixində İnsanoid xəbər verir.
Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də gözlənilən qasırğa G1 (minor-mülayim) səviyyəli olacaq.
BDU-nun Astrofizika kafedrasından verilən məlumata görə, fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.