Bu il layihələndirilməsi aparılan 32 təhsil müəssisəsinin təmir-tikintisinə başlanılması planlaşdırılır. Bu barədə bu gün, 5 yanvar tarixində İnsanoid APA-ya istinadən xəbər verir.
Ötən il ərzində 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb. Onlardan 23 təhsil müəssisəsi istismara verilib. Heydər Əliyev Fondu tərəfindən 20 təhsil müəssisəsinin təmir-tikintisi təmamilə başa çatıb.
Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 61 təhsil müəssisəsi (59 ümumi, 2 peşə) əsaslı, 890 təhsil müəssisəsi (853 ümumi, 20 peşə, 4 məktəbdənkənar, 12 internat, 1 kollec) isə cari təmir olunub.
Qeyd edək ki, təhsil müəssisələrinin təmir-tikintisi ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq həyata keçirilir.