Bu il 35 minə yaxın şəxsə əlillik təyin edilib. Bu haqda sentyabrın 16-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri məlumat verib.
Sədrin sözlərinə görə, əlillik təyinatı tam şəffaf elektron şəkildə həyata keçirilib:
"Bu il agentlik əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxsi mühərrikli təkərli oturacaqla təmin edib. Postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmət göstərilib. Vətən müharibəsində yaralanmış hərbi qulluqçulardan artıq 1750-nə əlillik təyinatı aparılıb”.
Həmçinin sədr əlavə edib ki, ölkədə son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib. Nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı lazımi tədbirlər görülüb.