Cari ilin yanvar-fevral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilib. Bu barədə martın 16-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Həmin şəxslərdən 11-i xarici ölkə vətəndaşıdır. Onların 7-si İran, 1-i Rusiya, 3-ü Türkiyə vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kiloqramdan artıq narkotik vasitə və 2115 ədəd psixotrop tərkibli həb müsadirə edilib.