Təhsil Nazirliyindən verilən xəbərə görə, bu ilin dekabr ayınadək vakansiyalara işə qəbul sayı 9 660 nəfər olub.
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə isə 12 154 vakansiya çıxarılıb.
Həm müsabiqə üzrə çıxarılan vakansiyalarda, həm də işə qəbul sayında artım dinamikası müşahidə olunur. Belə ki, 2019-2020-ci illərdə bu rəqəm 7 895, 2020-2021-ci tədris ilində 8 293 nəfər olub.