İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb:
"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 1,9 %, intihara cəhd hadisələrinin sayı isə 8,9 % azalıb",-deyə Baş Prokuror qeyd edib.