Sosial Xidmətlər Agentliyi tərəfindən 2022-ci il ərzində 54 uşaq övladlığa verilib. Bu haqda aprelin 1-də qurumdan APA-ya məlumat verilib.
Onlardan 23-ü qız, 31-i oğlan olub. Ümumilikdə 70 müraciət daxil olub. Ötən il bu göstərici 114 təşkil edib.
Qeyd edək ki, ötən il valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib və bu il 25% artırılaraq 200 manata çatdırılıb. Sağlamlıq imkanları məhdud uşağa görə isə müavinətin məbləği 600 manatdır.