2022-ci ilin yanvar-fevral ayları ərzində 37 milyon 827 min manatlıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası martın 16-da xəbər verib.
Məlumata görə, 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Həmçinin bu müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1 914 cinayət faktı aşkarlanıb.
Sözügedən faktların 686-sı narkotiklərin qanunsuz satışı, 1 210-u narkotiklərin qanunsuz saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə digər cinayətlərlə bağlı olub.