2022-ci ilin əvvəlindən özünüməşğulluq proqramı üzrə daha 2300-ə yaxın işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb. Bu barədə 16 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, həmin vətəndaşların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir.