Dünən, dekabrın 29-da şahmat üzrə Dünya Çempionatının blits yarışlarında kişilərdə 12, qadınlarda isə 9 turun oyunları keçirilib.
Kişilərin yarışında ən yaxşı nəticəni Məhəmməd Muradlı göstərib. O, 12 oyuna 8 xal yığaraq 17-ci yerdə qərarlaşıb. Şəhriyar Məmmədyarov 7,5 xalla 24-cü yerdədir.
Qadınların yarışında isə ən yüksək nəticəni Xanım Balacayeva göstərib. Şahmatçımız ilk günün nəticəsində 5 xal yığaraq 31-ci yerdədir.
Bugün blits turnirinin son oyunları keçiriləcək və Dünya Çempionatına yekun vurulacaq.