Sentyabrın 15-dən saat 11:00-dan sentyabrın 17-si saat 11:00-dək müəllimlər müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçə və elektron ərizələri təsdiq edə bilərlər. Bu barədə Təhsil Nazirliyi məlumat verib.
Namizədlər dörd vakant yer seçə bilərlər.
Boş qalan yerlərə növbəti turlarda yenidən yerləşdirmə elan olunacaq. Bu zaman namizədlərin imtahan nəticələri və faktiki yaşayış yerləri nəzərə alınacaq.
Daha öncə müəllimlərin vakansiya seçimi 24-26 avqust tarixlərində keçirilib.