Buraxılış imtahanları ilə bağlı apellyasiya ərizələrinin qəbulu bu gün başa çatır. Bu barədə aprelin 6-da Trend məlumat yayıb.
Apellyasiya ərizələrinin qəbulu bu gün saat 17:00-dək davam edəcək. Müraciətlərə 11 apreldən etibarən onlayn qaydada baxılmağa başlanılacaq.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər üçün aprelin 4-dən etibarən elektron ərizə qəbuluna başlanılıb.