2021-ci ilin son günlərindən Cəlilabad rayonunda yazlıq kartof əkininə başlanılıb. Bu barədə Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən 6 yanvar tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, məhsulun 5,4 min hektar ərazidə əkiləcəyi nəzərdə tutulub. İlkin mərhələdə kartof əkini polietilen örtüyü altında həyata keçirilir. Cari ildə də toxumluq məhsul Rusiyadan gətirilib.
Qeyd edək ki, ötən il Cəlilabadda 5 320 hektar sahədən 140 660 ton kartof istehsal olunub. Yığılan kartofun 43 820 tonu xarici ölkələrə ixrac olunub.