Cəlilabad rayonunun Alar kəndində yol qəzası baş verib. Nəticədə bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Bu barədə 9 noyabr tarixində Report məlumat verib.
Qəza “Niva” markalı avtomobillə “Ford” markalı avtomobilin toqquşması nəticəsində baş verib. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.