Cəlilabad sakini tanışını traktorla ehtiyatsızlıqdan vuraraq öldürüb. Bu barədə 29 iyul tarixində Report məlumat verib.
Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman traktora qoşulmuş ot bağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. C. Vahabov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.