Cəlilabad şəhərində 7 avtomobilin əzilməsinə səbəb olan sürücü inzibati məsuliyyətə cəlb olunub. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 3 iyul tarixində xəbər verir.
Onun sözlərinə görə, ötən axşam saat 21:00 radələrində Cəlilabad şəhər sakini R.Sultanov idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə şəhər ərazisində "ötmək qadağandır" nişanının tələbini pozaraq ötmə əməliyyatı edib və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı ümumilikdə 7 avtomobilə ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.
Sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.