Cəlilabad şəhərinin Qurtuluş prospektində piyadanı minik avtomobili vurub. Bu barədə Report 29 iyun tarixində xəbər verib.
Hadisə zamanı 80 yaşlı Yaqub Əliyev xəsarət alıb.
Y.Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya açıq kəllə küt travması, sağ təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldırın orta aşağı açıq-qapalı və çoxsaylı sınıqları diaqnozu qoyulub.
Həkimlərin səyinə baxmayaraq, Y.Əliyev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.