Cari ilin birinci rübündə 20 minə yaxın işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Bu barədə 6 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Onlardan 11 mindən çox şəxs işlə təmin edilib, 4 094 şəxs özünüməşğulluq proqramına, 731 şəxs isə peşə hazırlığına cəlb edilib. Həmçinin 4 minə yaxın şəxs peşəyönümü məsləhət tədbirlərinə cəlb edilib.