2022-ci ilin yanvarından tətbiq olunan pensiya artımları üçün əlavə 438 milyon manat vəsait ayrılıb. Bu barədə 10 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, minimum pensiya artımı ilə əlaqədar 352 milyon manat, maddi yardımla əlaqədar isə 86 milyon manat ayrılıb.
Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün 2,1 milyard manat ayrılıb.