2022-ci ilin 1 aprel tarixinədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara 13,3 milyon manat məbləğində güzəştli kredit verilib. Bu barədə 15 aprel tarixində Fondun rəsmi Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, kreditlər 368 investisiya layihəsinin maliyyələşdirilməsinə ayrılıb. Bunlardan 366 nəfər mikro sahibkar, 2 nəfər isə orta sahibkarlıq subyektidir.