2022-ci ilin əvvəlindən e-sosial.az portalına daha 4,4 milyondan çox müraciət qeydə alınıb. Bu barədə 14 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 1,1 milyonu keçib.
Qeyd edək ki, portal 2019-cu ildən istifadəyə verilib. Orada vətəndaşlar onlar barədə toplanmış bütün sosial məlumatları əldə edə bilər.