Cari ilin ilk 4 ayı ərzində 11,1 milyon ton neft və 15,7 milyard kubmetr qaz hasil edilib. Bu barədə 12 may tarixində energetika naziri Pərviz Şahbazov öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, hasil edilən neftin 9 milyon tonu, qazın isə 7,6 milyard kubmetri ixrac edilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 0,4 milyon ton, ixracı isə 0,5 milyon ton azalıb. Təbii qazın hasilatında 1,9 milyard kubmetr, ixracında isə 1,1 milyard kubmetr artım qeydə alınıb.
Bu ilin 4 ayında operativ məlumatlara əsasən hasil edilmiş 11.1 mln.ton #neft|in 9 mln. tonu #İxracaNəql edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil edilmiş 15.7 mlrd.m3 #qaz|ın 7,6 mlrd.m3-i #ixrac olunub. pic.twitter.com/JFZF1HzGSG
— Parviz Shahbazov (@ParvizShahbazov) May 12, 2022