Cavanşir körpüsündə söküntü işlərinin əsas hissəsi yekunlaşıb. Bu barədə İnsanoid Xezerxeber-ə istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
Ərazidə müasir infrastruktura cavab verən yol, yaşıllıq zonası, vətəndaşların təhlükəsiz hərəkət etməsi üçün bir neçə piyada zolağı da olacaq.
İş icraatçısı Vüsal Alıyevin sözlərinə görə, körpü tamamilə sökülüb, materiallar kənarlaşdırılıb.
O qeyd edib ki, işin onlara düşən hissəsini bir ay ərzində təhvil verəcəklər.
Havaların normadan artıq isti keçməsinə baxmayaraq, işlər sürətlə davam edir.
Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, hələ ki, söküntü davam edir. İşlərin 4 ay ərzində yekunlaşması planlaşdırılır.