Çin hakimiyyəti "Qaemi" qasırğası və güclü yağışla əlaqədar ölkənin şimal-şərqində yerləşən Liaoninq əyalətində 27 minə yaxın sakini təxliyə edib. Bu barədə 27 iyul tarixində Oxu.az məlumat verib.
Güclü yağışlar rayonda 40 su anbarının səviyyəsinin artmasına səbəb olub. Onların operatorları sistematik olaraq, suyu buraxmağa başlayıblar. Riskləri azaltmaq üçün bəndlərdə patrullar artırılıb.
Yüzlərlə kimya və mədən şirkəti daşqın təhlükəsi səbəbindən fəaliyyətini dayandırıb.