Ötən gün 44 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb, 3 nəfər isə cərimələnib. Bu barədə dekabrın 30-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Paytaxtda və respublika ərazisində 190 toy şənliyinin monitorinqi həyata keçirilib.
Nəticədə 3 nəfər “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən cərimə olunub.