Avqustun 21-də DİM 2021/2022-ci tədris ili üçün “Jurnalistika” ixtisasının qabiliyyət imtahanının nəticələrini açıqlayıb. Bu haqda DİM məlumat verib.
Abituriyentlər DİM-in saytına daxil olaraq imtahan nəticələri ilə tanış ola bilərlər. İxtisas seçimi avqustun 30-dək davam edəcək.
İmtahanda iştirak etmək hüququ qazanmış 760 abituriyentdən 599-u imtahandan uğurla keçib.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.