Gün ərzində törədilmiş 23 cinayətin üstü isti izlərlə açılıb. Bu haqda dekabrın 31-də DİN məlumat verib.
Həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.