Ölkə ərazisinə 72 kiloqram narkotik vasitənin və 1427 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb. Bu haqda aprelin 12-də APA məlumat yayıb.
Polis tərəfindən narkotik vasitələrin paylanılmasını həyata keçirən 2 nəfər saxlanılıb. Onlar narkotik tərkibli dərmanların bir hissəsini maye formasında keçirməyə cəhd ediblər.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.