Ötən gün 60 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə dekabrın 23-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Axtarışda olduğuna görə 69 nəfər saxlanılıb. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 18 fakt müəyyən edilib.
Ölkədə 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər həyatını itirib.